Sabahdan başlayaraq Azərbaycan ərazisində hava soyuyacaq, yağış və qar yağacaq.
Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentiniə istinadən verdiyi məlumata görə:
Bakıda və Abşeron yarımadasında dekabrın 14-dən 15-nə keçən gecə bəzi yerlərdə yağışın arabir intensivləşəcəyi gözlənilir. Dekabrın 16-sı günün ikinci yarısından başlayaraq 17-si gündüzədək isə şimal-qərb küləyinin güclənməsi nəticəsində havanın temperaturunun aşağı enəcəyi, maksimal temperaturun 4-6 dərəcə isti təşkil edəcəyi, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 17-si günün ikinci yarısından 19-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































