Xəbər verdiyimiz kimi, dünən "Altın kelebek" mükafatı uğrunda seçim konserti baş tutub. Müğənni Xatirə İslamla konsertin təşkilatçısı "M Group Production" arasında qalmaqal baş verib.
Konsertin təşkilatçılığından narazı qalan artist İnstaqramdan canlı yayım açaraq Murad Dadaşovu kəskin tənqid edib. Buna səbəb dünən "M Group Production"un təşkilatçılığı ilə keçirilən "Altın Kelebek" ödüllərinin seçim konsertindəki çıxışının yarımçıq kəsilərək yerinə efirdə reklam verilməsi olub:
"Lazım idimsə, niyə ifamı kəsib yerinə reklamlar verdiniz? Yox, əgər lazım deyildimsə, niyə mənə bu qədər zəng edib ora dəvət edirdiniz? Lazım deyildimsə, sadəcə 6 müğənni dəvət edərdiniz. Məni niyə çağırmışdınız?
Günorta saatlarından gözəllik salonunda olmuşam. Niyə körpəmə, həyat yoldaşıma ayırdığım vaxtı sizə sərf etməliyəm? Bunun müqabilində mənə qarşı belə etməlisiniz ki? Bu, nə hörmətsizlikdir?! Bu kimin günahıdır? Bilmirəm, bu efirin, ya təşkilatçıların günahıdır..."
Konsertə Murad Dadaşovun dəvətilə qatılan müğənni heç bir qonorar almadığını da dilə gətirib: "Bu gün o tədbirdə 40 dərəcə temperaturla iştirak etmişəm. Murada söz verdiyimə görə heç nəyi bildirmədən ora qatılmaq istədim. Ümumiyyətlə, deyim ki, mən o cür tədbirlərdə oxumağa getmirəm. Gedəndə də çox yüksək qonorar alıram. Əgər minlərlə bilet sataraq insanlar toplamısınızsa, onların qarşısında təmənnasız oxuyuramsa, siz mənim ifamı kəsməməlisiniz. Müğənniyə hörmət etməlisiniz. Çünki o müğənni ora qonorarsız gəlmişdi". Publika.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































