Türkmənistanda peyk antenaları satışdan yoxa çıxıb.
Bu barədə məlumatı "Azadlıq radiosu" yayıb.
"Peyk antenaları daha çox Aşqabadın Gülüstan, Summar, Altın Asır Gündoğar bazarlarında satışa çıxarılırdı. İndi bu antenalar satılmır. İddialara görə, bu antenaların satışı qadağan edilib. Belə ki, ticarətlə məşğul olanlara bu qadağa şifahi formada çatdırılıb və onlara əməl etməyəcəkləri təqdirdə ticarət hüquqlarının ləğv olunacağı bildirilib", – deyə radionun müxbiri bildirib.
Radio qeyd edib ki, Türkmənistanda peyk antenaların 1990-cı illərdən bu yana yayılıb. Yerli əhali peyk antenaları vasitəsilə daha çox Rusiya və Türkiyə kanallarına baxır. Sərhəd bölgələrində isə daha çox özbək, qazax və Azərbaycan televiziyaları məşhurdur.
Ölkədə peyk antenalarının qadağası 2015-ci ildən başlayıb. Buna əsas səbəb kimi mərkəzləşdirilmiş kabel televiziyasına keçid göstərilib. Kabel televiziyasının dəyərinin son 8 ildə 5 dəfə artması insanların yenidən peyk antenalarına müraciət etməsiylə nəticələnib. (axar.az)
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


