"9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" münasibətilə Bakı Mühəndislik Universitetində bayram tədbiri keçirilib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, tədbirə universitetin rəhbər şəxsləri, professor-müəllim heyəti, bütün struktur-bölmə rəhbərləri və tələbələr iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Dövlət Bayrağımıza həsr olunmuş videoçarx nümayiş olunub.Universitetin rektoru, professor Havar Məmmədov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək onu dövlət bayrağı elan edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixdə imzaladığı müvafiq sərəncama əsasən noyabrın 9-u bütün dünya azərbaycanlıları üçün müqəddəs bir təqvimə çevrilib. Bu gün ümumxalq bayramı kimi qeyd olunması dövlətçilik, milli həmrəylik, vətənpərvərlik hislərinin şüurlara çatdırılması atributlarımızın təbliği baxımından olduqca əhəmiyyətlidir. Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyəsət nəticəsində müstəqil respublikamızda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük nailiyyətlər qazanılıb, dövlətçiliyimiz möhkəmlənib.
Tədbir bayram abu-havasında tələbələrin ifasında bir-birindən maraqlı səhnəciklər, musiqi və rəqslərlə davam edib.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


