APA-nın yerli bürosunun məlumatına görə, Qazaxın Qazaxbəyli kəndində qohumlar arasında mübahisə qətllə nəticələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, dünən saat 20 radələrində Qazax Rayon Polis Şöbəsinə rayon sakini 1995-ci il təvəllüdlü Kənan Cəfərovun kəsici alətdən aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.
Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.
İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakini Rəşad Məhərrəmov aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Kənan Cəfərovun qarın nahiyəsinə bir neçə zərbə vurmaqla qətlə yetirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Məhərrəmov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə












.jpg)
















.jpg)



















.jpg)


