Polis tapançadan havaya atəş açan şəxsi saxlayıb

Polis tapançadan havaya atəş açan şəxsi saxlayıb

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları münaqişə zəminində tapançadan havaya atəş açmış E.Əbdülkərmovu saxlayıblar.

Mediainfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, hadisə avqustun 19-da Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. Qəsəbə sakinləri E.Əbdülkərmov ilə N.Cabbarov arasında baş vermiş münaqişə zəminində E.Əbdülkərmov tapançadan havaya 2 dəfə atəş açıb. Polis tərəfindən saxlanılan E.Əbdülkərmovdan 1 ədəd "Zoraki" markalı pnevmatik tapança və 1 ədəd patron götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az