“İrşadtelekom”un “Segvvay” fırıldağı və ya alıcılar necə aldadılır?

“İrşadtelekom”un “Segvvay” fırıldağı və ya alıcılar necə aldadılır?

Son illərdə "İrşadtelekom" tərəfindən alıcıların aldadılması az qala kütləvi hal almağa başlayıb. Bunu alıcıların müxtəlif KİV-lərə saysız-hesabsız şikayətləri də təsdiq edir. Belə şikayətçilərdən biri də Şahməmmədov Həbib Şahməmməd oğludur. Bu günlərdə redaksiyamıza müraciət edən Şahməmmədov Həbib bu ilin iyun ayının 22-də oğlunun ad gününə hədiyyə kimi "İrşadtelekom"dan uşaqlar üçün gəzinti maşını olan "Seqvvay"markalı aparat alıb. Lakin aparat işləməyib. Şahməmmədov Həbib deyir: "İyunun 26-da oğlumun ad günü idi. Ona hədiyyə kimi 309 manata azyaşlıların istifadə etdiyi "Segvvay" markalı aparat aldım. Alanda malı yoxladıq işləyirdi, evə aparıb enerji yığması üçün "zaryadka"ya qoydum. Lakin aparat "zaryadka" yığmadı. Dərhal zəng edib bu barədə "İrşadtelekom"a bildirdim. Oradan mənə bildirdilər ki, toka qoşulu vəziyyətdə bir müddət saxla. Onu da etdim, lakin aparat "zaryadka" yığmadı. Məcbur olub iyunun 25-də servisə getdim. Dedim ki, təzəsini verin. Dedilər ki, dəyişə bilmərik, əmtəə nişanı pozulub. Cavabında bildirdim ki, onu yoxlayanda olub, yerlə təmasda olanda təbii ki, əmtəə nişanı pozulacaq… Bundan sonra mənə aparatın akkumulyatorunu təmir etməyə söz verdilər. Üstündən 20-25 gün ötəndən sonra yenidən servisə getdim. Dedilər ki, təmir etmişik, apar evə "zaryadka"ya qoy. Evdə aparat yenə "zaryadka" götürmədi. Yenidən servisə zəng etdim. Dedilər ki, 6 saat "zaryadka"da saxla və gözlə. Onu da etdım. Lakin yenə aparat işləmədi. Aparıb malı qaytardım. Ardınca zəng elədilər ki, gəl götür aparatı apar ver servisə. Axı mən bunu aparıb servisə vermişdim. Onlar bunu düzəltmədilər. Bir də gedib orada niyə vaxt itirməliyəm? Məsələ ilə bağlı İqtisadiyyat nazirliyinə də zəng edib alıcı hüquqlarımın pozulduğunu bildirmişəm. Oradan məsələnin araşdırılacağını bildirdilər, lakin hələlik onlardan da səs-səmir çıxmır".

İndi şikayətçi Şahməmmədov Həbib "İrşadtelekom"dan nə qaytardığı aparatın pulunu ala bilir, nə də onun brak çıxan aparatını dəyişirlər...
Məsələ ilə bağlı "İrşadtelekom"la əlaqə saxladıq. Oradan bizə bildirdilər ki, aparat təmirdədir və bununla əlaqədar şikayətçiyə məlumat veriləcək. Şikayətçi artıq bir dəfə təmirə görə 20-25 gün gözləyib, yenidən gözləməyə nə ehtiyac var ? sualımıza isə qarşı tərəf: "Təmirlə bağlı şikayətçiyə yeni cavab veriələcək",- deməklə kifayətləndi. Fakt isə ortadadır, "İrşadtelekom" şikayətçini yenidən 20-25 gün gözlətməklə vaxt udmaq və bu yolla özünü sudan quruya çıxarmaq istəyir. Onsuz da alıcıların aldadılması ilə bağlı "İrşadtelekom"dan saysız-hesabsız şikayətlər var. Bütün bunların qabağında bu günə kimi alıcıları aldadması ilə bağlı "İrşadtelekom"a "gözün üstə qaşın var",- deyən olmayıb. Belə çıxır ki, kimlərinsə yardımından istifadə edən "İrşadtelekom" alıcıları aldatmaqla onları dövlətdən narazı salmaq, bu yolla Azərbaycanı beynəlxalq aləmdə qeyri-hüquqi dövlət kimi tanıtmaq niyyətindədir. Zənnimizcə "İrşadtelekom"un fırıldaq yolu ilə əhalini dövlətdən narazı salmaq, beynəlxalq aləmdə bizi qeyri-hüquqi dövlət kimi tanıtmaq, prezident İlham Əliyevin insan hüquqlarının qorunması ilə bağlı həyata keçirdiyi və beynəlxalq səviyyədə məmnunluqla qarşılanan tədbirlərinə qarşı çıxmaq cəhdlərinə son qoymağın vaxtı artıq çatıb. Ümid edirik ki, müvafiq qurumlar tərəfindən "İrşadtelekom"un alıcıları aldatmaqla onları dövlətdən narazı salmaq kimi təxribat xarakterli əməllərinə son qoyulacaq.
Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az