"Bakı Xəbər" qəzetinin baş redaktorunun müavini Tahir Tağıyevin valideynlərinin evindən oğurluq olub.
Jurnalist hadisənin iyulun 22-dən 23-nə keçən gecə Yeni Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə olan evdə baş verdiyini bildirib. Tahir Tağıyev əlavə edib ki, evdən pul, qiymətli əşyalar aparılıb, həyətdə olan avtomobil də qarət edilib:
"Hadisə ilə bağlı polisə məlumat verilib. Gəlib baxıblar. Elə o gediş də gediblər. Bir həftə keçməsinə baxmayaraq, cinayətin üstü bu günə qədər açılmayıb. Ümumiyyətlə bu bir həftə ərzində polisin heç bir nəzərəçarpan fəaliyyətinin şahidi olmamışıq. İşin bu qədər uzanması belə təəssürat yaradır ki, polis bu işə çox laqeyd, soyuq yanaşır. Şahid qismində və ya şübhəli qismindən kiminsə dindirildiyi barədə də heç bir məlumatımız yoxdur. Yəni real fəaliyyət varsa bunlar olmalıydı və olmalıdır da. Ancaq bu bir həftə ərzində polisin cinayətin açılması istiqamətində heç bir real fəaliyyətini görmürük, şahidin olmamışıq". Teleqraf
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə











.jpg)










.jpg)
















.jpg)













