Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 184 əcnəbi saxlanılıb
Mediainfo.az-ın verdiyi xəbərə görə, ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 184 əcnəbi saxlanılıb. Onlardan 1-i Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilən tədbirlər zamanı aşkarlanıb.
Saxlanılanlardan 7-sinin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 15 nəfərin qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi, 3-ünün qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 159 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadığı müəyyənləşdirilib.
Miqrasiya qanunvericiliyini pozan 166 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə











.jpg)










.jpg)
















.jpg)













