İsrail mafiya dünyasının məşhur ismlərindən iki nəfər Mexikoda restoranlardan birində yemək yeyərkən, hamının gözü qarşısında öldürülüb.
Teleqraf.com xəbər verir ki, mafiya simalarını öldürdükdən sonra qaçmaq istəyən parikli qadın saxlanılıb.
Polis hesab edir ki, qadın rəqib mafiya qruplaşmaları arasında müharibədə "tətikçi" kimi istifadə olunub.
Məlumata görə, 41 yaşlı Alon Azulay və Benkamin Yeshurun Surc 33 yaşlı Esperanza N. tərəfindən vurulub. Mafiya nümayəndələrinə hücum zamanı restorandakı digər şəxslər masanın altına girməli olub.
Meksika polisindən bildiriblər ki, hücum edən qadının "cinayətə meylim var" iddiası inandırıcı deyil və daha çox mafiya şəbəkələri arasında hesablaşmanı ört-basdır etməyə yönəlib.
İsrailin Meksika səfirliyindən verilən açıqlamada öldürülən şəxslərin məhkumluğu olduğu vurğulanıb. İsrail mediası isə Benkamin Yeshurun Surcun kriminal aləmdə tanınmış biri olduğunu yazır.
Ynet saytına görə, İsrail polis mənbələri sui-qəsd əmrinin İsrail tərəfindən verildiyinə şübhə duymur.
Meksika mediasına görə, 33 yaşlı Esperanza ifadəsində qeyd edib ki, bu şəxslərlə sosial mediada başlayan romantik əlaqələrinin pozulmasından sonra onları öldürmək qərarı verib.
Qeyd edilib ki, mafiya üzvlərini vurduqdan sonra xanım Esperanza parikini çıxarıb və qiyafətlərini dəyişdirib park yerinə gedərkən yaxalanıb. Hazırda Mexiko polisi Esperanzanın qaçaqçılıq, silah satışı və qara pulların yuyulması şəbəkələri ilə əlaqəsini araşdırır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































