Gömrükçülər külli miqdarda inşaat materialları və dekorativ məmulatların gömrük orqanına bəyan olunmadan ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu hüquqpozma faktı Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsi, Əməliyyat və Təhqiqat şöbəsi və "Hövsan" postunun əməkdaşlarının birgə həyata keçirdiyi malların eyniləşdirilmə tədbiri zamanı qeydə alınıb.
Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Hövsan" dəniz limanı postuna İran İslam Respublikasından "Nargoon" adlı gəmi ilə "APACHE" MMC-nin gətirdiyi müxtəlif növ qranit daşları, döşəmə və divar üçün keramik plitələr daxil olub. Həmin mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmək məqsədilə MMC tərəfindən müvafiq gömrük bəyannaməsi ilə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə bəyan edilib.
Lakin gömrük yoxlaması zamanı gömrük bəyannaməsində göstərilən mallardan başqa, gömrük orqanına bəyan edilməyən 1980 kv.metr qranit daşları, 820 kv.metr döşəmə və divar üçün keramik plitələr, həmçinin qranitdən hazırlanmış 3 ədəd dekorativ məmulatlar aşkar olunub.
Ümumilikdə isə, təqribən 10 000 manat həcmində gömrük ödənişindən yayınma halının qarşısı alınıb.
Aşkar olunan hüquqpozma faktı ilə əlaqədar müvafiq struktur bölmələr tərəfindən araşdırmalar aparılır.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































