Azərbaycanda məktəb direktoru xadimənin attestatını 500 manata satdı
30 Oktyabr 14:12
İranda 17 nəfər ABŞ-ın lehinə casusluq ittihamı ilə məhkum olunub. Tehran məhkəməsində onların bir neçəsi barəsində edam hökmü verilib.
Agentliyin İranın İnformasiya Nazirliyinə istinadla yaydığı xəbərdə deyilir ki, casuslar İranın mühüm obyektləri ilə bağlı informasiyalar toplayıblar. Nazirliyin məlumatına görə, müttəhimlər Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsində xüsusi hazırlıq keçiblər. Qeyd olunub ki, İranın xüsusi kəşfiyyatı bu şəxsləri ötən il həbs edib. Azərtac