Rusiyanın Cənubi Saxalinsk şəhərində yanan mənzildən 55 yaşlı Azərbaycan vətəndaşının cəsədi tapılıb.
Ekspertlər sonradan müəyyən ediblər ki, onun ölümünə səbəb qapalı kəllə-beyin travması olub.
Cinayət işinə başlayan müstəntiqlər tezliklə müəyyən ediblər ki, azərbaycanlının ölümündə onun tanışları günahkardır.
Belə ki, iki kişi və bir qadın mənzil kirayəyə götürüblər. Öz aralarında razılığa gəliblər ki, kirayə haqqını bərabər şəkildə ödəyəcəklər. Lakin cəsədi tapılmış şəxsin pulu olmadığı üçün kirayə haqqını ödəməyib.
Məlum olub ki, martın 29-da 55 yaşlı azərbaycanlı qonşu qadınla birlikdə spirtli içki qəbul edib. Alkoqolun təsiri altında onlar yenidən ödəniş məsələsini müzakirə etməyə başlayıb və dalaşıblar. 37 yaşlı qadın münaqişə zamanı kişini vurub, sonra isə lövhəni onun başına çırpıb.
Davaya qadının rəfiqəsi olan 43 yaşlı azərbaycanlı miqrant da qoşulub və həmyerlisini yumruqlayıb. Səhəri gün onlar döydükləri şəxsi ölü vəziyyətdə görüblər. Cinayəti gizlətmək üçün cəsədi yandıraraq qaçıblar.
Müstəntiqlər cinayət işini məhkəməyə göndəriblər.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































