Toyuna 1 gün qalmış nişanlısını hamamda öldürdü...

Toyuna 1 gün qalmış nişanlısını hamamda öldürdü...

Türkiyənin Bursa şəhərində baş verən hadisə eşidənləri dəhşətə gətirir.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, 25 yaşlı Songül adlı qız toylarından bir gün əvvəl gəlinliyini almaq üçün nişanlısı Yasinin evinə gedib. Verilən məlumata görə, toydan sonra yaşayacaqları ev mövzusunda mübahisələri yaranıb və 32 yaşlı Yasin hamamda nişanlısı döyüb, gənc qız aldığı zərbələrdən huşunu itirib və yerə yıxılıb.

Hadisədən sonra evdən çıxan və 20 dəqiqədən sonra qayıdan Yasin nişanlısının hələ də qalxmadığını görüb. Polisə xəbər verən oğlan nişanlısının hamamda yıxıldığını bildirib. Lakin ilkin araşdırmalardan sonra o cinayəti etiraf edib.

Xəstəxanaya aparılan gənc qız hadisədən 1 gün sonra - toy günü həyatını itirib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az