Mübahisəyə görə dostunun maşınını qaçırıb divara çırpdı

Mübahisəyə görə dostunun maşınını qaçırıb divara çırpdı

Balakəndə sərxoş vəziyyətdə avtomobil qaçıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, iyulun 8-də Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qabaqçöl qəsəbəsi ərazisində divara çırpılmış və ön hissəsi əzilmiş vəziyyətdə "Mercedes" markalı avtomobil aşkar ediblər.

Aparılmış araşdırma zamanı məlum olub ki, avtomobil rayonun Qullar kənd sakini Nurlan Osmanova məxsus olsa da, onu Balakən şəhər sakini Abdulla Qarayev qaçırıb.

İlkin dindirilmə zamanı A.Qarayev hadisə zamanı sərxoş vəziyyətdə olduğunu, N.Osmanovla aralarında yaranmış mübahisə zəminində onun avtomobilini qaçırdığını bildirib.

Faktla bağlı RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır. (oxu.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az