Bakıdakı "Aksesuar İnşaat" mağazalar şəbəkəsinin sahibi, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən FETÖ ilə bağlantılı olan türkiyəli iş adamlarına qarşı aparılan əməliyyatda tutulub Türkiyəyə təhvil verilən Murad Qənbəroğlu barəsində istintaq tamamlanıb.
Onun barəsində Ankara Cümhuriyyət prokurorluğu tərəfindən silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə cinayət işi qaldırılıb. Prokurorluq Qənbəroğlunun 15 ilə qədər həbslə cəzalandırılmasını istəyir.
İttiham aktına əsasən Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən FETÖ ilə əlaqəli şirkətlərlə bağlı aparılmış təhqiqatlar nəticəsində ölkədəki inşaat şirkətinin bu təşkilatla bağlantılı olduğu təsbit edilib. İttiham aktında deyilir ki, Murad Qənbəroğlunun əmisi, "Aksesuar Group" Türkiyə şirkətinin sahibi olan Selamet Qənbəroğlu 2016-cı ildə şirkətin bütün səhmlərini heç bir sərmayə ortaya qoymasa da ona təhvil verib. İstintaq bu qənaətə gəlib ki, Murad Qənbəroğlu FETÖ-nun Azərbaycandakı şəbəkəsinə daxil olub.
M.Qənbəroğlu Fətullah Gülənin təlimatı ilə təriqətə məxsus "Bank Asya" bankına 891 min TL yatırıb. Şübhəli isə öz ifadəsində deyib ki, həmin vəsaiti əmisi Selamet Qənbəroğlunun təlimatı ilə banka yatırıb. O, hazırda ABŞ-da olan əmisinin təşkilata hər il 200 min dollar himmət pulu ödədiyini də bildirib.
"Azərbaycanda himmət pullarını Hamza Kabaca adlı təşkilat mənsubu toplayırdı. Əmim bu adama himmət adı ilə pul verirdi. "Aksesuar Group"un təşkilatla bağlı fəaliyyəti yoxdur, ancaq əmim firmanın adını şəxsən Fətullah Gülənin qoyduğunu deyərdi",-Qənbəroğlu ifadəsində deyib.
Qeyd edək ki, Türkiyə şirkəti olan "Aksesuar Group" ötən əsrin 90-cı illərinin ortalarından Azərbaycanda fəaliyyət göstərir, Bakıda inşaat materiallarının, santexnika mallarının və s. satıldığı "Aksesuar İnşaat" adlı bir neçə mağazaya sahibdir.( virtualaz.org)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































