İraqın keçmiş prezidenti Səddam Hüseyn barəsində edam hökmü çıxaran hakimlərdən biri olan Rauf Reşid vəfat edib.
O, iyunun 4-də İraqın Süleymaniyyə şəhərində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, milliyyətçə kürd olan R.Reşid məhkəmədə Səddam Hüseyn barəsində çıxarılan edam hökmünü oxuyub.
Xatırladaq ki, S.Hüseyn 1937-ci il aprelin 28-də anadan olub. 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilib. O, həmin ilin dekabrın 13-də Tikritdə həbs olunub.
İraq məhkəməsinin 2006-cı il noyabr 5-də çıxardığı qərarla ölüm hökmünə məhkum edilib. S.Hüseyn 2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən asılaraq edam olunub. Report
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































