Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "BMW 523" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.
Mediainfo.az-a DGK-dan verilən xəbərə görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Bundan sonra avtomobilə baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin oturacaqlarının altından və sürət qutusunun üst hissəsindən 3000 ədəd "King" markalı siqaret, 1 ədəd "Samsung Galaxy A 30", 1 ədəd "Redmi Note 7" və 2 ədəd "Samsung Galaxy J2 Core" markalı mobil telefonlar, 4 ədəd "qulaqlıq", 10 ədəd USB və yükləyici aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































