Rusiyada azərbaycanlılarla ruslar arasında dava olub.
Hadisə iyunun 23-də Sverdlovsk vilayətinin Nijni Serqi şəhərində qeydə alınıb.
Belə ki, yerli klubların birində tərəflər arasında yaşanan mübahisə sonra əlbəyaxa davaya çevrilib. Nəticədə 1979-cu il təvəllüdlü Rufulla adlı soydaşımız baş nahiyəsindən ağır zərbə alıb və hadisə yerində keçinib. Faktla əlaqədar Nijni Serqi şəhər sakini, 1975-ci il təvəllüdlü Aleksandır adlı şəxs saxlanılıb və hazırda həkim nəzarətindədir.
Sosial şəbəkələrdə azərbaycanlılarla ruslar arasında kütləvi davanın olacağı haqqında məlumatlar yayıldıqdan sonra şəhərə əlavə qüvvələr gətirilib. Ancaq Kirov vilayətində Rusiya Xalqları Assambleyasının rəhbəri Elnur Hüseynov "Report"un yerli bürosuna açıqlamasında hadisənin sosial şəbəkələrdə şişirdildiyini deyərək faktın Rusiya hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu və heç bir insident yaşanmadığını vurğulayıb.
(Report)
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə











.jpg)










.jpg)
















.jpg)













