Fəhlələr fabrikdən 100 min manatlıq quş yemi oğurlayıblar

Fəhlələr fabrikdən 100 min manatlıq quş yemi oğurlayıblar

Bakıda quşçuluq fabrikinin sahibinə qarşı oğurluq olub.

Xəzər rayon sakini Anar Pənahalıyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, ona məxsus Zirə qəsəbəsində yerləşən quşçuluq fabrikindən 2018-ci ildən 2019-cu ilin iyun ayına qədər olan müddətdə orada fəhlə işləyən Eynulla və Məşədiağa adlı şəxslər tərəfindən müəssisə rəhbərliyinin icazəsi olmadan 100 min manatlıq quş yemi qanunsuz olaraq satılıb.

Əldə edilən pulu isə fəhlələr mənimsəyiblər.

Faktla bağlı araşdırma aparılır.(report)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az