Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mediainfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan bugünkü prosesdə Eldar Həsənov səhhətində yaranmış problemlər barədə danışıb, vəziyyətinə dair bir daha məhkəməyə məlumat verərək məhkəməyə gəlməsinin çətin olduğunu deyib.
O, daha sonra ittihamlarla razı olmadığını bildirib.
Vəkil Cavad Cavadov vəsatət qaldırıb. O, E.Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
Vəsatət təmin edilməyib.
Prosesdə fasilə elan olunub.
***
Məhkəmə zamanı Eldar Həsənovun səhhətində yenidən problem yaranıb və onun halı pisləşib. Məhkəməyə təcili yardım çağırılıb.
Qeyd edək ki, bundan öncə 9 və 13 sentyabr iclaslarında E.Həsənovun vəziyyəti pisləşdiyi üçün proses təxirə salınmışdı. Məhkəmənin 13 sentyabr iclasında hətta E.Həsənov huşunu itirərək yıxılmış, məhkəməyə təcili yardım çağırılmışdı.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































