Lənkəranda növbəti “patı” əməliyyatında biri qadın olmaqla on bir nəfər saxlanılıb, onlardan birinin oğurluq əməlinin üstü açılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 11 nəfər rayon sakini – S.Hüseynov, E.Nəcəfov, F.Ələskərov, N.Əliyeva, O.Məmmədov, M. Beyçayev, X.Nəzərov, B.Fərziyev, R.Nəzərov və Ş.Axundov, T.Şıxcanov saxlanılıblar.
Keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə heroin, metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərdən biri T.Şıxcanovun şəhər ərazisindəki evlərdən birindən 7900 ABŞ dolları və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.
Həmin şəxs oğurladığı pul müqabilində aldığı avtomobildə saxlanılıb, pulun qalan hissəsi və qızıl-zinət əşyaları isə həmin avtomobildən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı araşdırma aparılır


“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


