Zərdabda oğurluq edən üç nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Böyük Dəkkə və Təzəkənd kəndləri ərazisində oğurluq faktları törədən Ağdam rayon sakinləri T.Axunov, F.İsmayıllı və E.Baxışov saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər müxtəlif vaxtlarda kənd sakinlərinə məxsus xırdabuynuzlu heyvanları oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurublar.
Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































