Vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini Xöşbəxt Quliyev Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, həmin şəxs zərərçəkənləri müxtəlif dövlət qurumlarında işlə təmin etmək, sosial yardım düzəltmək və digər vədlərlə aldadaraq onların pul vəsaitlərini ələ keçirib. X.Quliyev dələduzluq etdiyi şəxslərə özünü “Tuncay” adı ilə təqdim edib. Məhkəmənin qərarı ilə X.Quliyev barəsində həbs-qətimkan tədbiri seçilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polisə müraciət edə bilərlər.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































