Lənkəranda bibisinin evindən külli miqdarda pul oğurlayan şəxs tutulub.
Rayon sakini olan qadın evindən 27 500 manatının oğurlanması barədə polisə məlumat verib. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən qadının qardaşı oğlu Yusif Quliyev müəyyən edilərək saxlanılıb. Oğurlanan pullar Y.Quliyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs oğurluqdan bir müddət əvvəl rayona gələrək bibisindən borc pul istəyib. Bibisi ona borc verməkdən imtina edib. Daha sonra isə Y.Quliyev zərərçəkənin evdə olmadığından istifadə edərək pulları oğurlayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü.jpg)























































