Bu axşam İstanbul derbisi var: "Qalatasaray" "Fənərbağça"ya qarşı
26 Oktyabr 13:27
Futbol üzrə İspaniya çempionatının 26-cı turunda "Las-Palmas" öz meydanında "Barselona"nı qəbul edib.
"Qran Kanariya" stadionunda baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb.
Oyunda hesabı qonaqlar açıb. 21-ci dəqiqədə Lionel Messi fərqlənib. Fasilədən 11 dəqiqə sonra oyunun baş hakimi Mateu Laos Kataloniya klubunun qapısına penalti təyin edib. Forvard Honatan Kalyeri 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
"Barselona" 66 xal ilə turnir cədvəlində liderliyini davam etdirir, "Las-Palmas" (20) 18-ci yerdə qərarlaşıb.
İspaniya Primerosu. 26-cı tur
"Las-Palmas" – "Barselona" - 1:1
Qollar: 0:1 – Messi – 21, 1:1 – Kalyeri – 48 (pen).
Report