Yunanıstanda danışılmış oyunlarda şübhəli bilinən 58 nəfəri Apellyasiya Məhkəməsi günahlandırıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, onlar 2008-2011-ci illərdə oyun alqı-satqısında iştirak ediblər.
Məsələ bir neçə ay idi ki, araşdırılırdı. Adı hallanan 84 nəfərdən 58-nin günahı sübuta yetirilib. Prokurorluq həmin dönəmdə araşdırılan 25 oyundan 7-nin danışılmış olduğunu fakt kimi əsaslandırıb
"Olimpiakos"un sabiq sahibi Volos Axilles Beosa 4 il müddətinə azadlıqdan məhrum edilmə cəzası kəsilib. O, bu cəzanı hər günə 5 avro cərimə ödəməklə çəkəcək. Beos "Panserraikos" (27 fevral 2011-ci il) və "Asteros"la (12 mart 2011-ci il) qarşılaşmalarda qanunsuzluğa yol verməkdə günahlandırılır.
Ən böyük cəza isə "İliupoli"nin rəhbəri Yorqos Tsakoyannisə kəsilib. O, 10 il 10 ay müddətinə həbs cəzası alıb və 50 min avro məbləğində cərimələnib.
Abraham Papadopulos, Kostas Mendrinos, Agelos Traylu, Mixalis Nokolopulos və digərləri haqda isə 30 ay müddətinə həbs cəzasına qərar verilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































