Avropa Liqasında bütün 1/8 finalçılar bəlli olub. 1/16 final mərhələsinin cavab oyunları da maraqlı matçlarla yadda qalıb.
Səfərdən 3:2 hesablı qələbə ilə dönən "Lokomotiv" öz meydanında da "Nitsa"nı məğlub edib. Çempionlar Liqasında bu mövsüm müxtəlif vaxtlarda "Qarabağ"la oynamış komandaların duelində yenə "Atletiko" "Kopenhagen"dən güclü olub.
"Napoli" səfərdə "Leyptsiq"i üstələsə də, almanlar səfərdə daha çox qol vurduqlarına görə sevinən tərəf olublar. "Lion" "Vilyarreal"a, "Zenit" isə "Seltik"ə şans verməyib.
"Milan" doğma azarkeşləri önündə də "Ludoqorets"ə qalib gəlib. "Arsenal" isə Londonda "Ostersund"a uduzub. Buna baxmayaraq, ilk görüşdə qeydə alınan nəticə "topçular"ın mübarizəni davam etdirmələrinə şərait yaradıb.
Beləliklə, Avropa Liqasının 1/8 finalına MOİK (Rusiya), "Lokomotiv" (Rusiya), "Atletiko", (İspaniya), "Dinamo" (Ukrayna), "Latsio" (İtaliya), "Viktoriya" (Çexiya), "Leyptsiq" (Almaniya), "Sportinq" (Portuqaliya), "Lion" (Fransa), "Zenit" (Rusiya), "Milan" (İtaliya), "Arsenal" (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya), "Atletik" (İspaniya), "Marsel" (Fransa) və "Zalsburq" (Avstriya) adlayıb.
Avropa Liqası
1/16 final (cavab oyunları)
22 fevral
"Lokomotiv" (Rusiya) – "Nitsa" (Fransa) - 1:0
Qol: Denisov, 30
İlk oyun: 3:2
"Atletiko" (İspaniya) – "Kopenhagen" (Danimarka) - 1:0
Qol: Qameyro, 7
İlk oyun: 4:1
"Dinamo" (Ukrayna) – AEK (Yunanıstan) - 0:0
İlk oyun: 1:1
"Latsio" (İtaliya) – "Styaua" (Rumıniya) - 5:1
Qollar: İmmobile, 7, 43, 71; Bastos, 35; Anderson, 51 - Qnohere, 82
İlk oyun: 0:1
"Viktoriya" (Çexiya) – "Partizan" (Serbiya) - 2:0
Qollar: Krmençik, 67; Çermak, 90+4
İlk oyun: 1:1
"Leyptsiq" (Almaniya) – "Napoli" (İtaliya) - 0:2
Qollar: Zelinski, 33; İnsinye, 86
İlk oyun: 3:1
"Sportinq" (Portuqaliya) – "Astana" (Qazaxıstan) - 3:3
Qollar: Dost, 3; Fernandes, 53, 63 - Tomasov, 37; Tvumasi, 80; Şomko, 90+4
İlk oyun: 3:1
"Vilyarreal" (İspaniya) – "Lion" (Fransa) - 0:1
Qol: Traore, 86
İlk oyun: 1:3
"Zenit" (Rusiya) – "Seltik" (Şotlandiya) - 3:0
Qollar: İvanoviç, 8; Kuzyayev, 28; Kokorin, 61
İlk oyun: 0:1
"Milan" (İtaliya) – "Ludoqorets" (Bolqarıstan) - 1:0
Qol: Borini, 21
İlk oyun: 3:0
"Arsenal" (İngiltərə) – "Ostersund" (İsveç) - 1:2
Qollar: Kolaşinats, 47 - Aieş, 22; Sema, 23
İlk oyun: 3:0
"Atalanta" (İtaliya) – "Borussiya" (Dortmund, Almaniya) - 1:1
Qollar: Toloi, 11 - Şmeltser, 83
İlk oyun: 2:3
"Atletik" (İspaniya) – "Spartak" (Moskva, Rusiya) - 1:2
Qollar: Etxeita, 57 - Adriano, 44; Melqarexo, 85
İlk oyun: 3:1
"Braqa" (Portuqaliya) – "Marsel" (Fransa) - 1:0
Qol: Horta, 31
İlk oyun: 0:3
"Zalsburq" (Avstriya) – "Real Sosyedad" (İspaniya) - 2:1
Qollar: Dabbur, 10; Berişa, 74 (pen.) - Navas, 28
İlk oyun: 2:2
Apasport
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
















.jpg)





























.jpg)
.jpg)







