"Fənərbaxça" azərbaycanlı futbolçu transfer edib. İstanbul klubu 19 yaşadək futbolçulardan ibarət milli komandaızın və "Qarabağ"ın üzvü Turan Vəlizadəni heyətinə qatıb.
17 yaşlı yarımmüdafiəçi "Fənərbaxça"nın aşağı yaş qruplarına cəlb etdiyi 8 futbolçudan biridi. Onunla yanaşı, "Oberhauzen"dən Mete Yıldız, "Duysburq"dan Oğuzhan, "Gütersloh"dan Hüseyin, "Qalatasaray"dan Oben, "Çanakkale"dən Görkəm, "Yönköppinq"dən Andreas Kilit və klubun tanınmış futbolçulardan olmuş xorvatiyalı Milan Rapaiçin oğlu Boris Rapaiç də transfer edilib.
Turan Vəlizadə "Fənərbaxça"nın U-17 komandasında oynayacaq. O, U-19 yığmamızın ötən ay baş tutan toplanışında iştirak edib. O, baş məşqçi Vüqar Məmmədin Antalya hazırlığına apardığı heyətdə yer alıb.
Qeyd edək ki, Turan Vəlizadə 2015-ci ildə də "Fənərbaxça"da çıxış edib. Lakin sonradan vətənə dönən yarımmüdafiəçi "Qarabağ"ın aşağı yaş qruplarına cəlb olunub.qaynarinfo
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
















.jpg)





























.jpg)
.jpg)







