Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Səbail"ə qalib gələn (1:0) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Qafqazinfo" xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Futbolçularımı təbrik edirəm. Vacib 3 xal qazandıq. Azarkeşlərimizi də təbrik edirəm. Samir Əliyev yaxşı komanda yaradıb. Bizim üçün çətin oldu. Çox nadir hallarda bu cür tempdə oyun izləyirik.
- Miçel yenidən zədələndi?
- Oyun zamanı ağrıları çoxaldı. Meydanda sərt oyun gedirdi. Hiss olunurdu ki, kimsə zədələnəcək. Sonda Miçel zədələndi. Onun vəziyyətinə yaxın günlərdə aydınlıq gələcək. Növbəti matçda oynayıb-oynamayacağını bilmirəm.
- "Qəbələ" ilə oyunla müqayisədə bu oyun daha gərgin keçdi...
- "Qəbələ" ilə oyun fərqli idi. Oyunun gedişatı fərqlənirdi. Fasilədən sonra ilk oyunumuz idi. Həmin matçda hər hansı kiçik səhvdə bizi cəzalandıra bilərdilər. Bu oyundan açığı həzz aldım. Rəqib çox hücuma keçirdi. Çox nadir hallarda bu qədər az topa sahib oluruq.
- Meydanda sərt oyunun keçməsi futbolçuları əsəbiləşdirirdi...
- Bir var sərt, bir də var kobud oyun. Kobud oyun məni bir qədər narahat edirdi. Ümid edirəm ki, "Səbail" digər komandalara qarşı da belə oynayacaq. Çəkinmədən pressinq edirdilər.
- Kubokun finalı mayın 28-də keçiriləcək. Bir gün sonra millinin oyunu var. Bu barədə nə deyə bilərsiz?
- Bizim aramızda kubokun vaxtı ilə bağlı müzakirə olmayıb. Mən mart ayının proqramını təqdim etdim. Həmin vaxt keçirəcəyimiz oyunların vaxtını 1-2 gün önə çəkəcəyik. Digər oyunlar isə olduğu kimi qalacaq.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































