Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma keçirilib.
Növbəti matçlar İspaniya və Portuqaliyada baş tutub.
Turnirin son qalibi və Çempionlar Liqasının kubokunu ən çox (12 dəfə) qazanmış "Real" PSJ ilə münasibətlərinə aydınlıq gətirib. Cari mövsümü qeyri-stabil keçirən və La Liqada 4-cü pillədə qərarlaşan madridlilər bütün diqqəti ÇL-ə yönəltdiklərini bir daha isbatlayıblar. Qarşılıqlı hücumlar şəraitində keçən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Real"ın heyətində Kriştianu Ronaldo dubl etdiyi halda, digər qola Marselo imza atıb. PSJ-nin qolunun müəllifi isə Adrien Rabio olub.
Günün digər matçında "Porto" və "Liverpul" üz-üzə gəlib. Qonaqlar rəqibə göz açmağa imkan verməyiblər. 5:0 hesablı qələbə qazanan "Liverpul" növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib. apasport
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
"Real" (Madrid, İspaniya) – PSJ (Fransa) - 3:1
Qollar: Ronaldo, 45 (pen.), 83; Marselo, 86 - Rabio, 33
"Porto" (Portuqaliya) – "Liverpul" (İngiltərə) - 0:5
Qollar: Mane, 25, 53, 85; Salah, 29; Firmino, 70
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
















.jpg)





























.jpg)
.jpg)







