Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutacaq "Real"-PSJ matçı öncəsi Madrid klubunun müdafiəçisi Marselo açıqlama verib.
Braziliyalı oyunçu qalibiyyətin əhəmiyyətinin fərqində olduqlarını deyib:
"Maksimum dərəcədə oyuna köklənmişik. Biz belə qarşılaşmalarda qalibiyyətin əhəmiyyətini bilirik. Ona görə də PSJ ilə oyun bizə əlavə motivasiya verir. Mən "Real"ın heyətində çox matça çıxmışam. Ancaq hər zaman daha çoxunu əldə etmək istəyirəm. Bizim əla məşqçimiz var. Zidan bizə çox kömək edir. Ona görə düşünürəm ki, mükəmməl bir matç alınacaq".
Braziliyalı futbolçu bildirib ki, hər bir komanda Ronaldo və Neymar kimi futbolçuya sahib olmaq istəyir:
"Ancaq bu komandalar Ronaldo və Neymardan ibarət deyil. Biz Neymara fokuslanmamışıq. O, əla oyunçudur. PSJ-dəki bütün oyunçular kimi. PSJ-də 3 möhtəşəm hücumçu var. Azarkeşləri "Santyaqo Bernabeu"da fantastik gecə gözləyir. Düşünürəm ki, hər iki komanda açıq oyun oynayacaq. Ancaq heç kim məğlubiyyətdən sığortalanmayıb".Publika.az
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var






















































