Çempionlar Liqasında (ÇL) 1/8 final həyəcanı başlayır.
Apasport.az saytının məlumatına görə, bu gün mərhələnin ilk iki oyunu keçiriləcək.
Təbii ki, əsas diqqətlər Turində baş tutacaq matça yönələcək. ÇL-in son finalçısı "Yuventus" Premyer Liqanın iddialı komandalarından "Tottenhem"i qəbul edəcək. Bu, tərəflərin avrokuboklarda ilk duelləri kimi tarixə düşəcək. 16 oyundu məğlubiyyət üzü görməyən və son 11 matçın hamısında qələbə qazanan "qoca sinyora" London səfəri öncəsi ənənəni davam etdirməyə çalışacaq. "Tottenhem" isə İtaliyaya minimum heç-heçə niyyəti ilə yollanıb. "Yuve"nin aparıcı oyunçuları Xuan Kuadrado və Paulo Dibala zədəli üzündən baş məşqçi Massimiliano Alleqrinin ixtiyarında olmayacaqlarsa, Andrea Barzalyi, Benedikt Hövedes və Blez Matuidinin durumu qeyri-müəyyəndi.
Digər qarşılaşmada isə "Bazel" Çempionlar Liqasının favoritlərindən olan "Mançester Siti"ni qəbul edəcək. "Şəhərlilər"in heyətində Fabian Delf, Qabriel Jezuş, Benjamin Mendi və Leroy Sane zədədən əziyyət çəksələr də, Pep Qvardiolanın kollektivi istənilən halda favoritdi. Premyer Liqanın lideri hətta cütün taleyini birinci oyundaca həll etməyə çalışacaq. "Bazel"in güclü rəqibini büdrətməsi isə əsl möcüzə olar.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
13 fevral
23:45. "Yuventus" (İtaliya) – "Tottenhem" (İngitərə)
Baş hakim: Feliks Brix (Almaniya)
"Yuventus" stadionu, Turin
23:45. "Bazel" (İsveçrə) – "Mançester Siti" (İngiltərə)
Baş hakim: Yonas Eriksson (İsveç)
"Sankt-Yakob Park", Bazel
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür


















.jpg)





























.jpg)
.jpg)





