Azərbaycanın daha 4 idmançısında dopinq aşkarlanıb. Apasport.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Milli Antidopinq Federasiyasının rəsmi saytında yerləşdirilib.
Belə ki, güləşçi Ruhin Mikayılov qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadəyə cəhd etdiyinə görə 18 aylıq diskvalifikasiya olunub. O, furosemiddən istifadədə günahlandırılır. İdmançımızın cəza müddəti ötən ilin iyulundan hesablanmağa başlayıb və 2019-cu il yanvarın 5-də bitəcək.
Digər 3 idmançı isə bodibildinqçidi. Adil Rzayev, Fövqi Əfəndiyev və Kənan Cəlilov 48 aylıq cəzalandırılıb. Rzayevdən götürülmüş analizdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. O, stanozolol metaboliti, boldenon, boldenon metaboliti, dehydroxlorometiltestosteron, 1-androstenedion, 1-testosteron və 19-norandrosteron preparatlarının qəbulunda günahlandırılır. Adilin cəzası 2021-ci il avqustun 4-də yekunlaşacaq.
Əhmədovla Cəlilovdan da götürülən analizlərdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. Fövqinin dopinq-testində klenbuterol və tamoksifen metaboliti tapıldığı halda, Kənanda dehidroxlorometiltestosteron metaboliti, metenolon metaboliti və metenolon maddələri özünü büruzə verib.
Bodibildinqçilərimizdən Rzayevlə Əhmədov 4 avqust 2017-ci ildən 4 avqust 2021-ci ilədək, Cəlilov isə 4 oktyabr 2017-ci ildən 4 oktyabr 2021-ci ilədək yarışlardan kənarlaşdırılıb.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür


















.jpg)





























.jpg)
.jpg)





