Bu axşam İstanbul derbisi var: "Qalatasaray" "Fənərbağça"ya qarşı
26 Oktyabr 13:27
"Şahdəniz-2" layihəsi, yəni Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi 2018-ci ildə fəaliyyətə başlayacaq".
Azadinform xəbər verir ki, bu barədə BP şirkətinin baş icraçı direktoru Robert Dadli Londonda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, "Şahdəniz-2" "Cənub Qaz Dəhlizi" meqa-layihəsinin bir hissəsidir: "Bu bizim ən mürəkkəb layihəmizdən biridir. Layihə 6 ölkəni və 11 səhmdar şirkəti əhatə edir. Yekun investisiya qərarı qəbul ediləndən ötən 4 ildə layihə üzrə 176 milyon nəfər-saat iş görülüb. "Şahdəniz-2" 2018-ci ildə istismara verilmək planına uyğun irəliləyir".