Nigeriya milli komandası ilə 2018-ci il dünya çempionatında iştirak etmək istəyir.
"Score Nigeria" nəşri 28 yaşlı hücumçunun Azərbaycan klubu ilə müqaviləni uzatmaqdan imtina etdiyini və iyunda Rusiyada keçiriləcək mundiala qatılmaq niyyətində olduğunu yazıb. Ehiosunun keçmiş klubu Türkiyə "Samsunspor"unun ona maraq göstərənlər sırasında yer aldığı bildirilir. Eyni zamanda Rumıniya, Qətər, CAR və Səudiyyə Ərəbistanından olan komandalar da azad agent statuslu oyunçunu heyətlərinə cəlb etməkdə maraqlıdırlar.
Təcrübəli forvard deyib: "Milliyə cəlb olunmağım hansı kluba keçəcəyimdən asılıdır. Dünya çempionatına yollanmaq istəyirəm. Buna nail olmaq üçün yenidən meydanlara qayıtmalıyam. Rusiyaya yollanma şansımı artıracaq kluba keçmək niyyətindəyəm. Mənim yığmada yarımçıq işlərim qalıb. Onu başa vurmaq üçün Nigeriya millisinə qayıtmalıyam. Belə şansı bir daha nə vaxt yaxalayacağımı gözləyə bilmərəm. İnanıram ki, yaxın günlərdə seçim edəcəyim kluba qoşula biləcəyəm".
Qeyd edək ki, Ekiqo Ehiosun Nigeriya millisində 2011-ci il fevralın 9-da Syerra-Leone ilə yoldaşlıq görüşündə debüt edib. O, komandasının 2:1 hesabı ilə qalib gəldiyi oyunda qol vurub. Sonradan hücumçu daha 5 dəfə milli forma geyinib. Bu, Ehiosunun Türkiyə "Gənclərbirliyi"ndən "Qəbələ"yə icarəyə verildiyi 2014-cü ilin iyulunadək baş verib. 2015-ci ilin iyulunda o, "Samsunspor"a yollansa da, ötən il sentyabrın 21-də "qırmızı-qaralar"la 1 illik müqavilə bağlayıb. Lakin bu il yanvarın 4-də "Qəbələ" nigeriyalı forvardla yollarını ayırıb. report
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































