Bu axşam İstanbul derbisi var: "Qalatasaray" "Fənərbağça"ya qarşı
26 Oktyabr 13:27
"Real"ın hücumçusu Kərim Benzema Madrid klubunu tərk edə bilər.
Fransalı futbolçu karyerasını ölkəsində davam etdirmək istəyir. Onun PSJ ilə danışıq apardığı bildirilir.
İspaniya mətbuatı Benzemanın "Real"la 2021-ci ilə qədər müqaviləsinin olmasına baxmayaraq, komandadan ayrılmaq istədiyini yazıb.
Qeyd edək ki, Benzema bu mövsüm "Real"ın heyətində cəmi 6 qol vurub.Qol.az