İngiltərənin "Arsenal" klubuna transfer olunan Ermənistan milli komandasının futbolçusu Henrix Mxitaryan sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.
"Report" xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin hər dəfə yeni klubla müqavilə imzalayan zaman "Bu komandada oynamaq mənim ən böyük arzum idi, uşaqlıq xəyalım gerçəkləşdi" formasında verdiyi açıqlamalar futbol həvəskarları tərəfindən təbəssümlə qarşılanıb.
Almaniyanın "11freunde" nəşri isə Mxitaryanın müxtəlif ölkələrin klublarının formasında fotoşopunu hazırlayaraq, onun adından sitat paylaşıb. Həmin klublar arasında Azərbaycan təmsilçisi "Zirə" də var.
Almaniyalı həmkarlarımızın fikrincə, ermənistanlı futbolçu qəsəbə təmsilçisinə transfer olunsaydı, bu sözləri deyərdi: "Şərtlər fantastikdir. Mən bundan daha xoşbəxt ola bilmərəm".
Qeyd edək ki, Henrix Mxitaryan karyerası ərzində Ermənistanın "Pünik", Ukraynanın "Metallist" və "Şaxtyor", Almaniyanın "Borussiya" (Dortmund) və İngiltərənin "Mançester Yunayted" klublarında çıxış edib.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür


















.jpg)





























.jpg)
.jpg)





