Çinin "Hançjou Qrintaun" futbol klubunun yeni transferi Dino Ndlovu "Qarabağ" komandasından ayrılma səbəbini açıqlayıb. 28 yaşlı hücumçu "kickoff.com"a müsahibəsində ən yaxşı qərarlarından birini qəbul etdiyini bildirib.
Ndlovu bu addımı ailəsi və özünün gələcəyi üçün addımını vurğulayıb. O, transferinə maliyyə təhlükəsizliyi tələbatının səbəb olduğunu söyləyib: "Mən "Qarabağ"ı tərk etmək istəmirdim. Amma müqaviləm başa çatırdı. Baş məşqçimizlə (Qurban Qurbanovla - red.) yeni müqaviləyə dair söhbət etdikdə hiss etdim ki, o, anlaşmamın uzadılmasını istəmir. Hərçənd, oradakı digər futbolçuların sözləşmələri uzadılırdı. Mən özüm və ailəmlə bağlı realist olmalı idim. Gələcəyimin təhlükəsizliyini təmin etmək istəyirdim. Çünki mən gəncləşməyə doğru getmirəm. Nəticədə bu imkandan yararlanaraq, Çinə üz tutmağı qərara aldım".
Cənubi afrikalı forvard "Hançjou Qrintaun"dakı hədələri və hazırkı durumundan da danışıb: "Hələlik Çində vəziyyətim yaxşıdır. Şikayətlənə bilmərəm. Yüksəkliyə və yuxu rejiminə uyğunlaşmağa çalışıram. Şəxsi hədəfim isə heç vaxt dəyişməyib. Mən "Qarabağ"dakından da yaxşı oynamağa, klubumun Super Liqaya qayıtmasına və daha çox qol vurmağa çalışacağam".
Qeyd edək ki, Dino Ndlovu "Hançjou Qrintaun" klubu ilə yanvarın 20-də müqavilə bağlayıb. report
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































