Braziliya millisinin sabiq futbolçusu Robinyonun yeni klubu məlum olub.
33 yaşlı vinger karyerasını Türkiyədə davam etdirəcək. O, Super Liqa təmsilçisi "Sivasspor"la aparılan uzun danışıqlardan sonra anlaşa bilib. Robinyo sabah Türkiyəyə gələcək və tibbi müayinədən keçəcək. Müqavilənin detalları isə açıqlanmayıb.
Qeyd edək ki, "Santos"un yetirməsi olan ulduz futbolçu karyerası ərzində "Real", "Mançester Siti" və "Milan" kimi klublarda oynayıb. Braziliya millisində 100 oyuna 28 qol vuran Robinyonun son klubu ölkəsinin "Atletiko Mineyro" komandası olub.Qafqazinfo
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































