Həbsdə olan tanınmış futbolçu Maşallah Əhmədov apellyasiya şikayəti verib. O, 8 il müddətinə azadlıqdan məhrum edilməsindən narazıdır.
M.Əhmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində elan olanmuş 8 illik cəzadan apellasiya şikayəti ötən gün Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.
M.Əhmədov barəsində olan 4 şikayət epizodu üzrə bəraət, bir epizod üzrə isə həbslə bağlı olmayan cəzanın verilməsini istəyir. İşə yaxın günlərdə baxılacaq.
Qeyd edək ki, Əhmədov Yusif Əzizova olan 128 min borcunu ödəmədiyi üçün həbs edilib.
M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib.
M.Əhmədovun sözünə əməl etmədiyi və həmin şəxslərin pulunu qaytarmadığı deyilir.
Məlumat üçün bildirək ki, Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasınıyerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndərCavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. (Musavat)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































