İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kubokuna start verilib.
A qrupunda yer alan Azərbaycan milli komandası ilk görüşünü Rusiya yığmasına qarşı keçirib. Görüş 4:4 hesablı heç-heçə ilə yekunlaşıb.
Azərbaycan güləşçilərindən Əli Rəhimzadə, Hacı Əliyev, Cəbrayıl Həsənov və Camaləddin Məhəmmədov görüşlərini qələbə ilə başa vurub.
Azərbaycan - Rusiya - 4:4
57 kq. Artyom Gebekov (Rusiya) - Georgi Edişeraşvili (Azərbaycan) - 5:2
61 kq. Əli Rəhimzadə (Azərbaycan)* - Camal Otarsultanov (Rusiya) - 6:6
65 kq. Hacı Əliyev (Azərbaycan) - Alan Qoqayev (Rusiya) - 2:1
70 kq. Maqomedhabib Kadimaqomedov (Rusiya) - David Suynuçxanov (Azərbaycan) - 10:6
74 kq. Cəbrayıl Həsənov (Azərbaycan) - Radik Valiyev (Rusiya) - 6:2
86 kq. Vladislav Valiyev (Rusiya) - Şərif Şərifov (Azərbaycan) - 2:1
97 kq. Rəsul Maqomedov (Rusiya) - Nurmaqomed Hacıyev (Azərbaycan) - 2:1
125 kq. Cəmaləddin Məhəmmədov (Azərbaycan) - Vladislav Baytsayev (Rusiya) - 1:8
İlk turda qrupun digər görüşü Gürcüstan və ABŞ milliləri arasında keçiriləcək.
B qrupunda isə İran, Türkiyə, Hindistan və Monqolustan komandaları yer alıb.
Yarışın proqramına əsasən, bu gün qrup, 17 fevralda isə final mərhələsinin görüşləri olacaq.
Qeyd edək ki, Azərbaycan sərbəst güləşçiləri indiyədək iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür



.jpg)



















.jpg)





























.jpg)
.jpg)
