AFFA-nın növbəti Hesabat Konfransı və dərhal sonra keçiriləcək İcraiyyə Komitəsinin iclasının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hər iki tədbir martın 16-da "Hilton" otelində baş tutacaq.
Konfransa saat 10:00-da start veriləcək. FİFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər
Konfransda İcraiyyə Komitəsində mövcud olan 1 vakant yerə seçki keçiriləcək.
Konfransa giriş dəvətnamə ilə olacaq.
Media nümayəndələrinin Konfransda iştirakı ilə bağlı fevralın 27-dən martın 6-dək akkreditasiya üçün qeydiyyat aparılacaq.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür



.jpg)



















.jpg)





























.jpg)
.jpg)
