Antalyada taekvondo üzrə G2 kateqoriyalı "Turkish Open" beynəlxalq turnirinə start verilib. Yarışın ilk 2 günü Azərbaycan millisi üçün uğurlu alınıb. Komandamız kolleksiyasına artıq 1 qızıl, 3 gümüş və 3 bürünc medal əlavə edib.
Taekvondoçularımızdan hələlik ən yaxşı nəticə Ayaz Qənbərliyə məxsusdu. 51 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz gənclərin yarışında çempion tituluna yiyələnib.
Digər təmsilçilərimizdən Aysu Məmmədova (37 kq), Mehriban Məmmədova (44 kq) və Orxan Tağızadə (+78 kq) gümüş, Pərviz İsgəndərov (45 kq), Sevda Pirseyidova (44 kq) və Minayə Əkbərova (42 kq) bürünc medala sahib olub.
Qeyd edək ki, sayca 4 olan "Turkish Open"də bu gün və sabah böyük yaş kateqoriyası üzrə qaliblər müəyyənləşəcək. Yığmamız turnirdə tam heyətlə təmsil olunacaq. (apa)
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür



.jpg)



















.jpg)





























.jpg)
.jpg)
