Türkiyənin Antalya şəhərində keçirilən klublararası Avropa çempionatına yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, G1 kateqoriyalı yarışın son günündə Azərbaycan taekvondoçuları daha 6 medal qazanıblar.
40 ölkədən 900-dən çox idmançının qatıldığı çempionatda Rionun bürünc mükafatçıları Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (53 kq, hər ikisi "Gilan" İK) yarışın qalibi olub.
Olimpiya çempionumuz Radik İsaev (+87 kq, "Gilan" İK) və Ramin Əzizov (87 kq, "Qafqaz" TK) isə həlledici döyüşdə uduzduqlarından gümüş medalla kifayətlənib.
Daha 3 idmançımız - Yaprak Eriş (57 kq), Fəridə Əzizova (67 kq, hər ikisi "Gilan" İK) və Ceyhun Həsənli (+87 kq, "Savalan" TK) isə yarışı yarımfinal mərhələsində başa vurub.
Beləliklə, Azərbaycan klublarının idmançıları 4 gün davam edən klublararası Avropa çempionatını 31 (9-10-12) medalla başa vurublar. Yarışın nəticəsinə əsasən "Gilan" İdman Klubu bütün yaş kateqoriyaları üzrə ümumi komanda hesabında qitə çempionu adına yiyələnib.
Qeyd edək ki, sabah G2 kateqoriyalı "Turkish Open" beynəlxalq turnirinin startı veriləcək. Milli komandalarımızın üzvləri, habelə bir sıra klublarımız bu yarışda da qüvvələrini sınayacaq.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































