Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XVI turunun oyunlarında baş verənlərlə bağlı müvafiq qərarlar çıxarılıb.
"Qəbələ" – "Neftçi" oyununu nəzərə almasaq, daha üç klub cəzalanıb. AZAL – "Qarabağ" matçının 45+3-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Sadio Tounkara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu üzdən malili 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
"Zirə" – "Kəpəz" oyununda meydan sahibləri 5, qonaqlar 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimələnib.
Görüşün 28-ci dəqiqəsində "Zirə"nin üzvü Meza Kolli, 90+3-cü dəqiqəsində "Kəpəz"in oyumçusu Renan Da Silva aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alıb. Hər iki futbolçu 2 oyun cəzalanıb, klublar 1600 manat cərimə olunub.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































