Nazir: "Formula 1 rəhbərliyindəki dəyişikliyin Azərbaycana heç bir təsiri olmayacaq"

Nazir: "Formula 1 rəhbərliyindəki dəyişikliyin Azərbaycana heç bir təsiri olmayacaq"

Formula 1 rəhbərliyindəki dəyişikliyin Azərbaycan Qran Prisinə heç bir təsiri olmayacaq. "Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

O bildirib ki, Berni Ekklstounun Çeyz Keri ilə əvəzlənməsi Azərbaycan üçün heç bir fərq etmir: "Əvvəl necə olubsa, yeni rəhbər şəxslərlə də o qaydada işləyəcəyik. Bizim onlarla çox yaxşı əlaqlərimiz var".

A.Rəhimovun fikrincə, Formula 1-in hazırkı səviyyəyə çatmasında B.Ekklstounun müstəsna rolu var: "Lakin o, hissələrin böyük qismini başqa bir şirkətə satıb. Özünə isə 5 faiz saxlayıb. Hazırkı səhmdarlar onunla əməkdaşlıq etdirməməyi üstünlük verdilər".

Qeyd edək ki, bu il Azərbaycan Qran Prisi 23 - 25 iyunda keçiriləcək.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.12

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az