Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Premyer Liqanın XV turunun oyunlarında baş verən qayda pozuntuları müzakirə olunub.
Əsas müzakirə mövzusu hakim səhvləri ilə zəngin olan "Qarabağ" – "Neftçi" matçı ətrafında baş tutub. Oyunun 20-ci dəqiqəsində "Neftçi" azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimələnib.
Görüşün 67-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Rəhman Hacıyevə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv edilib. Bununla, AFFA penalti göstərməli olan Ramil Diniyevin səhvini etiraf edib.
Qarşılaşma bitdikdən sonra müəyyənləşib ki, "Neftçi" azarkeşləri tərəfindən stadionun 9 oturacağı sındırılıb və yararsız vəziyyətə düşüb. Dəymiş zərərə uyğun olaraq "Qarabağ"ın təqdim edəcəyi məbləğ bakılılar tərəfindən ödənilməlidi.
Bundan başqa, "Qəbələ" – "Sumqayıt" matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimə olunub.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür



.jpg)



















.jpg)





























.jpg)
.jpg)
