Azərbaycan millisinə daha bir legioner futbolçu cəlb olunub. Belə ki, almaniyalı Renat Dadaşov bundan sonra yığmamızın şərəfini qoruyacaq.
Əslən azərbaycanlı olan hücumçu əvvəllər ölkəmizin U-15 yığmalarında çıxış edib. Sonra yaşadığı Almaniyanın U-15 millisində oynamağa qərar verən Dadaşov sonradan U-16 və U-17-nin formasını geyinib. Bundestimin aparıcı futbolçusuna çevrilən Dadaşov Azərbaycanda keçirilən Avropa çempionatının final mərhələsində də oynayıb. Bundestimin "9 nömrə"si bu yarışda 3 qol vurub.
Bu yaxınlarda futbolçu AFFA-ya müraciət edərək yenidən Azərbaycan millisində oynamaq istədiyini qeyd edib. Bununla əlaqədar milli assosiasiyamız Almaniya Futbol İttifaqına sorğu göndərib. Cavabda bildirilib ki, Renat bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb.
AFFA onun müvafiq qaydalara uyğun olaraq Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FİFA-ya müraciət ünvanlayıb. Ali futbol qurumu bu müraciəti müsbət cavablandırıb. FİFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya göndərdiyi məktubda assosiasiyanı dəyişməklə müraciət təmin olunub. Hücumçu qərarı aldığı tarixdən etibarən Azərbaycan milli komandasında oynamaq hüququ qazanıb.
Bir neçə gün əvvəl Frankfurt "Ayntraxt"ı ilə müqavilə imzalayan təmsilçimiz klubun U-19 komandasında oynayacaq. Bunadək isə o "Leypsiq"in şərəfini qoruyub.
Qeyd edək ki, Renatın qardaşı Rüfət də Azərbaycan millisində çıxış edib. O, yığmamızda 16 matçda 4 qol vurub.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür



.jpg)



















.jpg)





























.jpg)
.jpg)
