Azərbaycanda "İdman haqqında" qanuna dəyişiklik edilməsi təklif edilir.
"Report"un xəbərinə görə, Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitənin üzvü, Uşaq və Gənclər Futbol Federasiyasının (UGFF) və AFFA-nın I vitse-prezidenti Rauf Əliyev uşaqlarla məşğul olan məşqçilərin məsələsini qaldırıb: "Futbol sahəsində, tutaq ki, uşağın 10-11 yaşlarında hansısa məşqçi məşğul olur. 15 yaşında olanda isə digər məşqçinin yanında məşq edir.
17-18 yaşlarında da hansısa klubla müqavilə bağlayır, hər bir mərhələdə məşqçilər pulunu alır. Amma birinci məşqçi pul almır. O da pul almalıdır. Bununla bağlı "İdman haqqında" qanuna dəyişiklik edilməlidir".
Komitə sədri Fuad Muradov da bu məsələyə diqqət göstəriləcəyini qeyd edib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































